Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov “V Element” verilişinin qonağı olublar.
Teleqraf.com xəbər verir ki, C.Rəhimov teatrları tənqid edib: “Bu gün teatrda dəyişiklik yoxdur. Teatrda səhnənin ətrinə kimi eyni qalıb. Bəzi rejissorlar bizi teatra dəvət edirlər və deyirlər ki, komik ssenari əsasında komik bir səhnəcik oynayın. Sizin adınız var və ona görə teatra tamaşaçılar gələcək. Teatra tamaşaçı kimi gedəndə də aktyorun rolunu yalandan yola verdiyini görürük. Bu sənəti niyə alçaldırsınız? Buna vicdansızlıq deyirəm. Bu sənətə barmaqarası baxan cəzasını alacaq”.
Rəqsanə