Rəqqasə Aytən ayaqqabı biznesinə başlayır.
Bu barədə Teleqraf.com-a açıqlama verən rəqqasə yaxın günlərdə “Oriental” brendini təqdim edəcəyini bildirib.
Aytən bildirib ki, ayaqqabılar onun öz ideyası əsasında hazırlanacaq: “Özümə aid markam olacaq və “Oriental” brendi altında fəaliyyət göstərəcəyik. Artıq sənədlər hazırdır və bir həftədən sonra bu haqda dəqiq məlumat verəcəm. Ayaqqabıların materialı Moskvadan gətirilir. Bu biznesə 20 min dollar pul xərcləmişəm. Ayaqqabıların modelləri də özümə aiddir. Elə ayaqqabılar var ki, modelini oğurlamışam, hansı ki, o ayaqqabıların qiyməti 3 min avrodur. Amma bizim mağazada ucuz satılacaq. Təbii ki, ayaqqabıların 80-90 faizi mənim öz ideyam əsasında hazırlanacaq. Mağazamda ayaqqabıların qiyməti 200-800 manat arasında dəyişəcək. Ayaqqabı almaq mənim hobbimdir. Türkiyədən gələndə iki çəmadan ayaqqabı ilə gəlmişəm”.
Rəqsanə