Xanəndə İlahə İbadova ən böyük kompleksini dilə gətirib.
Onun Teleqraf.com-a açıqlamasına görə, köklüyə qarşı kompleksi var:
“Sənət adamı olduğum üçün formada qalmağa çalışıram. Arıqlamaq üçün nələrdən keçməmişəm? Müraciət etmədiyim dietoloq qalmayıb. Gendən də çox şey asılıdır. Bizim nəsildə xanımlar ailə qurduqdan sonra kökəlməyə daha çox meyillidirlər. Mən tez əsəbləşən insanam və o da arıqlamağıma mane olur. Hər zaman həkim mənə deyir ki, ilk növbədə özünü sakitləşdir. Əslində, çox yemək yemirəm, gərgin olanda bədənim şişir. O zaman da efirdə kök görsənirəm”.
Rəqsanə