16 Aprel 2016 20:54
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aytac Vidadiqızı Bərdə Rayon Prokurorluğunun işçilərindən şikayət edib. Buna səbəb yaxın günlərdə Vidadi Bərdəlinin oğlu Tural Allahverdiyevin borca görə tanışı 24 yaşlı Məkan İsmayılovu qətlə yetirməsi ilə bağlı məlumatın yayılması olub. Müğənninin ailəsi isə Tural adlı oğlu olmadığını bildirərək bu hadisəni şayiə adlandırıb.

Aytac Vidadiqızı Teleqraf.com-a bildirib ki, Vidadi Bərdəlinin Tural adlı oğlu yoxdur: “Biz bu hadisəyə görə Bərdə Rayon Prokurorluğunun işçilərindən şikayət etmişik. Proses gedir, məhkəməyə də müraciət edəcəyik. Çünki yanlış məlumat verilmişdi. Hamı atamı tanıyır və bilir ki, onun Tural adlı oğlu yoxdur. Ata soyadımız Vəliyevdir, amma o şəxsin soyadı başqadır. Bizim ailəmizə aidiyyatı olan insan deyil. Əgər elə bir qardaşım olsaydı, atamın sağlığında ortaya çıxardı ki, ondan mülk alsın. Atam dünyasını dəyişib və həyatda yoxdur”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər