Bu gün Nizami Kino Mərkəzində aktyor Fərda Xudaverdiyevin "Selfinaz" adlı konserti keçirilib.
Konsertdən əvvəl Teleqraf.com-a danışan Fərda Xudaverdiyev çox həyəcanlı olduğunu bildirib: "Bu gün çox həyəcanlıyam. Səhnə tərtibatım türkiyəli aktyor Cem Yılmazın səhnə tərtibatına oxşayır və bunu bilərəkdən etmişəm. Konsertimlə "Stand-up "ı Azərbaycanda sevdirəcəm. Onu da deyim ki, Cem Yılmazla müqayisə olunmaqdan bezmişəm. Amma ona bir şəxsiyyət kimi böyük hörmətim var. Onun qədər səhnədə tam sərbəst olmamağımın səbəbi mentalitet baxımından çərçivələri keçə bilməməyimdir. Amma bu gün çərçivələri qırmağa çalışacam. Bu konsertdən əvvəl Heydər Əliyev Sarayı və Yaşıl Teatrda iki konsert vermişəm. Amma heç bir konserti üzə çıxarmadım. Çünki onun disklərini satıb pul qazanmaq mənim üçün o qədər də önəmli deyil. İşimi sevirəm. "Stand-up" yeni bir mərhələyə qədəm qoyur. İnsanlar zamanla "Stand-up"çı kimi Fərdanın adını çəkəcəklər. Konsertimiz 16+ üçün nəzərdə tutulub. Əgər biz "Askı Memnu" da üç sezon Bihter və Behlülün öpüşmə səhnəsini gözləyən insanlarıqsa, mənim "Stand-up"larımı qəbul etməliyik".
Fərda Xudaverdiyev şou- əhlinin konsertinə gəlməsindən də danışıb: "Sağ olsunlar özləri özlərinə bilet aldılar".
Qeyd edək ki, Konsertdə Elməddin Cəfərov, İlkin Həsəni, Elşən Orucov, Nicat Rəhimov, Pərvin Abıyeva, müğənnilər Günay İbrahimli, Ayaz Qasımov, Xatun Əliyeva, aparıcılar Nanə Ağamalıyeva, Vüsalə Əlizadə, Afaq Gəncəli, Nərgiz Məmmədova və s. iştirak ediblər.
Qeyd edək ki, ön sırada biletlərin qiyməti 100 manat olduğu üçün boş yerlər var idi.
Rəqsanə