19 İyun 2014 16:27
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mikayıl Rəfiyev ata olub.

Teleqraf.com xəbər verir ki, iyunun 18-də ifaçının qızı dünyaya gəlib. M.Rəfiyev qızının doğulması barədə Facebook sosial şəbəkəsində yazıb.

“Suad, həyatımıza xoş gəldin. Bu gün mənim, ananın və sənin həyatında ən gözəl gündür. Mələyim, səni səbrsizliklə gözləyirdim. Səni çox istəyirəm, atan hər zaman yanında olacaq”-deyə, müğənni yazıb.

M.Rəfiyev statusunda həmçinin “ona bəxş etidyi ən gözəl hədiyyəyə görə” həyat yoldaşına sevgi etirafını da edib.

Xatırladaq ki, Mikayıl Rəfiyev sənətə hələ kiçik yaşlarından “Səyyah ” ansamblında başlayıb. Daha sonra isə o, “Şərq ulduzları” qrupunun solisti olub.

Aytən Həsənova


Müəllif: