İndoneziyanın paytaxtı Cakartada yaşayan 11 yaşlı Arya Preman dünyanın ən ağır çəkili uşağıdır. Belə ki, onun çəkisi 190.5 kiloqramdır.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, həkimlər əməliyyat olmazsa Aryanın öləcəyini açıqlayıblar. Arya Preman hədsizı köklük üzündən məktəbi buraxmaq məcburiyyətində qalıb. Tez-tez acan uşaq artıq yeriyə bilmirdi. Bu üzdən o, mədə əməliyyatı keçirib. Əməliyyatdan sonra onun çəkisi 31 kq azalıb. 5 dəqiqədən artıq ayaq üstə dayana biməyən Aryanın daha 100 kq çəkidən azad olacağı bildirilir.