Britaniyalı mühəndis və müəllim Riçard Brauninq hazırladığı uçan kostyumla dünya rekordu qırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mühəndisin hazırladığı kostyum saatda 51,53 kilometr məsafə qət edir.
Bununla da Brauninqin adı Ginnesin rekordlar kitabına düşüb.
O, kostyumu daha da təkmiləşdirəcəyini bildirib.