7 Yanvar 2018 11:43
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekstremal idman növlərindən olan xizəksürmə həvəskarı qar uçqunu ilə “mübarizədə” qalib gəlib.

Teleqraf.com xəbər verir ki, hadisə Pireney dağlarında baş verib.

Dostları tərəfindən lentə alınan kadrlardan görünür ki, əvvəlcə hər şey qaydasında gedir. Az sonra qar kütləsi xizəkçini təqib etməyə başlayır. Xizəkçi var gücünü toplayıb sürətlə aşağıya doğru hərəkət edir. Nəticədə qar uçqunu xizəkçiyə yetişə bilmir.

Videoda xizəkçinin dostlarının təlaşı və sonrakı sevinci aydın əks olunub.


Müəllif: Səxavət