21 May 2018 23:32
2 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadplanetlilərlə rastlaşan kəndli başına gələnlər barədə danışıb.

Teleqraf.com nlo-mir.ru-ya istinadən yadplanetlilərlə qarşılaşan kəndlinin hekayəsini təqdim edir:

“Bir neçə ay əvvəl bir dostum yadplanetlilərlə görüşündən danışmışdı. İlk əvvəl onun danışdıqlarının fantaziya olduğunu düşünürdüm. Amma eyni hadisələr öz başıma gəldikdə onun dediklərinə inandım.

Səhər işə gedirdim. Yolum şam meşəsinin içindən keçirdi. Meşənin təxminən yarısını keçdikdən sonra kollar arasında nəsə tərpəniş hiss etdim və o tərəfə getdim.

Sonrakı hadisələr bir qorxu filmi ilə müqayisə edilə bilər.

Kimsə məni tutdu. Sonra televiziyadan anladım ki, onlar yadplanetlilər olub.

Onlar adi insana bənzəyirdi, lakin saçlarının rəngi açıq idi. Böyük, qara gözləri vardı. Amma əllərində 3 barmaqları vardı. Bu xatırladığım son görüntü idi. Və sonra hər yer birdən qaranlıq oldu. Mən oyandığımda bir divanda uzanılı idim.

Ətrafımda bəzi cihazlı canlılar var idi. Mən bu divana bağlı olduğumu dərhal başa düşmədim. Onlar öz dillərində anlaşılmaz nəsə deyir və məni göstərirdilər.

Sonra yadplanetlilərdən biri mənim damarıma nəsə maye vurdu. Bundan sonra heç hərəkət edə bilmədim. Amma hər şeyi hiss edə bilirdim. O, neştərə bənzər alətlə mənim çiynimi kəsərək, silah patronuna bənzər nəsə yerləşdirdi. Sonra lazerlə tikdi.

Ondan sonra oyandıqda həmən meşədə uzanmış idim.

Bu canlıların varlığına aid heç nə görməsəm də, çiynimdə gözlə görünən iz vardı. Onlar çiynimə nə yerləşdirib bilmirəm. Amma axşamlar çiyinlərimdə ağrı olur və həmən iz tünd qırmızı olur.

İndi dostumla gecə saatlaradək oturur, onların yenidən gələcəyindən və bizim üzərimizdə sınaqlar keçirəcəklərindən qorxuruq.

Digər qonşularımız isə bizə dəli kimi baxır və gülürlər”.


Müəllif: Teleqraf.com