11 İyun 2018 23:55
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur səyahətçi Xristofor Kolumbun Amerika qitəsinə ayaq basdıqdan sonra İspaniya kralı və kraliçasına yazdığı məktub ortaya çıxıb.

500 illik məktubun orijinal köçürmələrindən biri 7 illik axtarışlardan sonra ABŞ-da tapılaraq İspaniyaya verilib.

Kolumb 1493-cü ildə İspaniya kralı Ferdinand və kraliça İzabellaya yazdığı məktubda Yeni Dünyanı kəşf etdiklərini bildirib. O, ispanca yazdığı “Catalonia Plannck II Columbus” adlı məktubda ABŞ-da qarşılaşdığı insanlardan, qitənin coğrafiyasından və zənginliyindən də söz açıb. Bu məktub həmin dövrdə əl yazısı ilə çoxaldılaraq Avropanın müxtəlif krallıqlarına göndərilib. İspaniyaya geri qaytarılan məktub da bu nüsxələrdən biri olub.

Qeyd edək ki, Kolumbun səyahəti İspaniyanın kral ailəsi tərəfindən maliyyələşdirilmişdi.


Müəllif: Mənbə/Publika.az