17 İyul 2018 07:54
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyada orta əsrlərə aid məşhur Akerqil qəsri satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, XV əsrdə tikilməyə başlayan qəsr Şimal dənizinin Petlend-Fert boğazında yerləşir. XIX əsrin ortalarında məşhur şotland arxitektor Devid Brüs tərəfindən genişləndirilib.

Turistlər arasında sevilən bu məkan uzun müddət otel kimi istifadə edilib.

32 otaq və 31 hamam otağı olan qəsr 3,9 milyon funta (təxminən 8,8 milyon manat) satışa çıxarılıb.


Müəllif: Ruslan