31 İyul 2018 00:39
3 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 qız övladı böyütdülər, bir dəfə də olsun oğlanları olmadığı üçün gileylənmədilər.

Söhbət İsmayıllının Xəlilli kəndində yaşayan Qədirovlar ailəsindən gedir. Onlar ölkədə çox az sayda ailələrdəndir ki, 10 qız övladı böyüdərək boya-başa çatdırıb. Hazırda ailə başçısı Əlimövsüm Qədirovun 80, həyat yoldaşı Kimya Qədirovanın isə 70 yaşı var. Onlar oğlan övladlarının olmamamasına görə heç vaxt peşmançılıq çəkmədiklərini bildirirlər. Ailədə heç vaxt bu barədə söz də düşməyib.

Valideynlər qızlarının bütün işlərin öhdəsindən gəldiyini və oğlanlarının olmamasını hiss etmədiklərini deyirlər.

Qızlar gəlin getdikləri evin də qızı olmağı bacarıblar və əvəzində valideynlərinə 10 kürəkən qazandırıblar.

Kürəkənlər hər an Qədirovlar ailəsinin yanında olduqlarını bildirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Müəllif: Teleqraf.com