5 Noyabr 2018 00:15
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlarda saç tökülməsinin çok fərqli səbəbləri olsa da, kişilərdə isə demək olar ki, saç tökülməsi əsasən genetik amillə bağlıdır.

Teleqraf.com xəbər verir, sağlam insanda 150 minə qədər saç teli var. Hər gün isə 80 - 120 arasında tel tökülür. Kişilərdə saç itkilərinin 3 əsas səbəbi var ki, bunlar genetik, hormonal və yaşlanma ilə bağlıdır.

Kişilərin saç tökülməsinin 90 faizi genetik xarakterlidir.

Kişilik hormonu testosteren qıl köklərində aktiv bir hormondur. Bəzi kişilərdə saç köklərinin dibində olan keratin bu hormona qarşı həssas olduğu üçün onlarda saç tökülməsi daha sıx görülür.

Qısaca, saçları tökülən kişilərin daha ehtiraslı olduğuna dair fikirlər doğru deyildir.

Qeyd edək ki, genetik faktoru aradan qaldırmaq mümkün olmasa da, sadə bir sıra önləyici tədbirlərlə, nizamlı şəkildə saçlara qulluqla dazlaşmanın qarşısını almaq mümkündür.


Müəllif: Aytən