14 Noyabr 2018 15:31
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman diktator Adolf Hitlerin çox az bilinən şəkli ABŞ-da açıq artıma üsulu ilə satılıb.

Teleqraf.com xəbər verir ki, Hitlerin yəhudi bir ailədən olan qız uşağı ilə çəkdirdiyi şəkil 11 min dollara alıcı tapıb.

Şəklə ilk baxanda bir kişinin qız uşağına sevgi dolu sarıldığını görsək də, əslində Hitler 6 milyon yəhudinin ölümünə səbəb olub.

Hitlerin yəhudi qızla tanışlığının səbəbi isə ad günlərinin eyni günə təsadüf etməsidir.

Hitler Roza adlı bu qızla dostlaşmış, amma 5 il sonra qızın anasının yəhudi olduğu aşkarlandığı üçün yanındakı insanların müdaxiləsi ilə münasibəti kəsmişdi.

1933-cü ildən qalan imzalı bu şəkil fotoqraf Henrix Hofman tərəfindən çəkilib.

Qeyd edək ki, Roza 1943- cü ildə 17 yaşında Münhendə xəstəxanada iflic keçirərək ölüb.


Müəllif: Aytən