"Macallan" adlı şotland viskisi Londonda keçirilən hərracda fantastik qiymətə satılıb.
1 şüşə viskiyə 1,5 milyon dollardan çox pul ödənilib. Bununla da "Macallan" dünyanın ən bahalı viskisi olub. Bu barədə İngiltərənin "Christie`s" hərrac evindən məlumat verilib.
"Macallan" viskisinin 60 yaşı olduğu bildirilir.