2 Dekabr 2018 18:45
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada vətəndaşı Arianna Kent qeyri-adi allergiyadan əziyyət çəkir. Ariannanın soyuq havaya allergiyası var. Buzlu su isə gənc qızdakı səpkiləri daha da şiddətləndirir.

Teleqraf.com xəbər verir ki, havalar soyuyan kimi gənc qız xəstəxanaya köçür. O, bütün qışı həkim nəzarəti altında keçirir.

21 yaşlı qız dərisində əmələ gələn xoşagəlməz səpkilərin ucbatından süd məhsullarından və dondurmadan da imtina edib.

Kanada kimi ölkədə tibb elmi hələ də bu xəstəliyin qarşısında aciz qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər