2030-cu ildən gəldiyini iddia edən zaman yolçusu Nuh (Noah) gələcəkdə baş verəcək hadisələrlə bağlı konkret tarixlər açıqlayıb.
Teleqraf.com Nuhun son video müraciətində gələcəklə bağlı açıqladığı konkret hadisələrin xronologiyasını təqdim edir.
Zaman yolçusu qeyd edib ki, 2030-cu ilə qədər ABŞ və Şimali Koreya arasında müharibə başlayacaq. Eyni zamanda insanın kompüterə transferi nəticəsində ölümsüzlük əldə ediləcək.
Onun iddialarına görə, 2019-cu ilin yanvarında dünya yadplanetlilərin inkarına səbəb olacaq partlayış baş verəcək. Həmin ilin fevralında isə ABŞ-ın Qərb hissələrinə dəhşətli qar yağacaq. Bu, indiyə qədər görünməyən qar yağışları olacaq.
2019-cu ilin aprelində yeni müalicə üsulu kəşf ediləcək və bu görmə qabiliyyətini itirən insanların yenidən görməsinə vəsilə olacaq.
2019-cu ilin iyun ayında hərəkət qabiliyyətini itirən insanlar üçün çip texnologiyası tətbiq olunacaq.
2020-ci ilin yanvarında “A1 Machidan” adlı insan robotun istehsalına başlanılacaq və ona qarşı dünyada böyük etirazlar keçiriləcək.
2020-ci ilin noyabrında ABŞ prezidenti Donald Tramp yenidən ölkə prezidenti seçiləcək.
Nuh qeyd edib ki, 2028-ci ildə dünyada ikinci sənaye inqilabı baş verəcək.
2028-ci ilin avqustunda yad planetlilər və zaman maşını ictimaiyyətə açıqlanacaq.
Nuha görə, 2028-ci ilin noyabrında Martin Lüter Kinqin nəvəsi, 20 yaşlı Yolanda Rene Kinq ABŞ prezidenti seçiləcək.
2029-cu ilin fevralında isə “The One” adlanan çip texnologiyası insanlarla ünsiyyətə başlayacaq və bundan sonra insanların sağlamlığı, habelə beyin funksiyası daima izləniləcək.