5 Yanvar 2019 20:37
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Feniks şəhərində görünməmiş hadisə baş verib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, klinikalardan birində koma vəziyyətində olan qadın hamilə qalaraq, dünyaya uşaq gətirib.

Polis ehtimal edir ki, 10 ildir koma vəziyyətində olan qadın cinsi təcavüz nəticəsində hamilə qalıb. Doğuş dekabrın 29-da gerçəkləşsə də, bu barədə məlumat yenicə açıqlanıb.

Qeyd edək ki, qadın 10 il əvvəl boğularkən, xilas edilib və o vaxtdan koma vəziyyətinə düşüb. Onun sağlam uşaq dünyaya gətirdiyi bildirilir.


Müəllif: Teleqraf.com