13 Fevral 2019 07:05
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Perdyu Universitetinin alimləri kimya professoru Linda Vanın rəhbərliyi altında ən müxtəlif məmulatların (butulka qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyasını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, Linda Vanın sözlərinə görə, emal nəticəsində polimerlər, naftu (karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla bir çox qiymətli məhsullar istehsal ediləcək.

L.Van və onun həmkarları “hidrotermal mayeləşdirmə” adlı texnologiyadan istifadə ediblər. Sözügedən texnologiya materialların yüksək təzyiq altında orta temperaturadək qızdırılmasını nəzərdə tutur, bu da onları bir çox qiymətli karbohidrogen birləşməsindən ibarət olan neftə çevirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər