Arıqlamaq asan deyil, amma bəzi qidalardan uzaq durmaqla buna nail olmaq mümkündür.
Teleqraf.com xəbər verir ki, söz çəki verməkdən düşəndə insanlar dərhal nə yeyə biləcəklərini düşünürlər, halbuki müəyyən yeməklərdən çəkinməklə daha sürətlə çəki itirmək olar.
Arıqlamaq istəyənlər mütləq kartof qızartmasından (cipsidən) uzaq durmalıdır. Kartofu qaynadılmış, sobada və ya buxarda bişirilmiş şəkildə yemək daha faydalıdır. Çox duzlu, ədviyyatlı kartof qızartmalarından imtina etməlisiz. Tərkibində olan trans yağlar sağlamlığınızı pozar və çəki itirməyinizi əngəlləyər.
Uzaq durmalı olduğunuz digər qida isə karbohidratlardır. Xüsusilə peçenye, qarğıdalı, çörək və çubuqlara yaxın durmayın.
İmtina etməli olduğunuz ən önəmli içkilər isə şəkərli və qazlı sulardır. Aparatlardan alınan qəhvə, paketlənmiş meyvə suları da bura aiddir. Bunların əvəzinə bol-bol adi su için. Suya darçın, meyvə, nanə yarpağı ata bilərsiniz.
Yeyilməsi məsləhət görülməyən digər məhsullar rafinə olunmuş un tərkibli qidalardır. Ağ çörəkdə şəkər tozu var ki, bu da qlükozanın səviyyəsini artırır. Gündə iki dilim ağ çörək yemək şişmanlıq riskini artırır.
Nə qədər ləzzətli olsa da peçenye və kekslər trans yağ tərkiblidir. Ürəyiniz çox istəsə, təmiz buğda ununda evdə bu məhsulları özünüz bişirə bilərsiniz.