Dörd pələng onlara xidmət edən 61 yaşlı kişini parçalayaraq yeyib.
Teleqraf.com xəbər verir ki, bu dəhşətli hadisə İtaliya sirklərindən birində baş verib.
Triggiano əyalətində baş verən olay zamanı əvvəlcə pələng təlimçi Ettore Veberə hücum edib, daha sonra 3 qaplan da hücuma qoşulub. Sirk personalı hadisəyə reaksiya verənə qədər qaplanlar təlimçini parçalayıb. Təcili xəstəxanaya aparılan Ettore Veberin həyatını xilas etmək mümkün olmayıb.