25 Dekabr 2019 22:40
2 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yaşayan ailə həkimi Dr. Tertısnıy Konstantın səhhətində problem olan həyat yoldaşını müayinə etmək üçün evə ultrasəs cihazı gətirib.

Müayinə zamanı həkimin 3 yaşlı qızı Polina atasından "məni də müayinə elə" xahişini edib. Qızını üzməmək üçün ata onu cihazla yoxlayıb. O, təsadüfən qızının qarnında şişə rast gəlib. Dərhal Polinə xəstəxanaya yerləşdirilib. Təkrar müayinə zamanı şübhələr təsdiqini tapıb.

Həkim qızını İstanbula, modern xəstəxanaya yerləşdirib. Uğurlu əməliyyat nəticəsində şişlər götürülüb və azyaşlı təhlükədən qurtarılıb.

Həkimlər bütün valideynlərə müraciət edərək uşaqlarını vaxtında tibbi müayinələrdən keçirmələrini xahiş ediblər.


Müəllif: Teleqraf.com