26 Sentyabr 2020 11:22
6 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Meray Kerinin "Mariah Carey'in mənası" adlı memuarı çapdan çıxıb.

Teleqraf.com xəbər verir ki, 50 yaşlı müğənni həyatında baş vermiş dəhşətli faktları açıqlayıb.

Müğənninin bildirdiyinə görə, bacısı onu fahişəliyə məcbur edirmiş. Bundan başqa, 12 yaşında olarkən böyük bacısı Allison ona narkotik verməyə çalışıb, bu zaman üçüncü dərəcəli yanıq xəsarəti alıb.

Keri böyük bacısı Allison və böyük qardaşı Morqanı "keçmiş bacım" və "keçmiş qardaşım" adlandırıb. Məşhur müğənni hər ikisinin illərdir onun haqqında yalan danışdığını və ona hücum etdiyini deyib. O, qardaşını "həddindən artıq şiddətə meylli", bacısını isə "travma almış" kimi xarakterizə edib:

"Biz bir-birimizi həqiqətən tanımırdıq, birlikdə böyümədik. Allison və Morqan mənim onlardan daha asan həyat yaşadığımı düşünürdülər. Çünki böyüyəndə anamın yanında qalan tək mən idim".

Meray Kerinin anası İrlandiya əsilli keçmiş opera müğənnisi və vokal məşqçisi Patrisia, atası isə Venesuela əsilli aviasiya mühəndisi Alfred Roy Kerindir. Meray Keri ailənin üçüncü və ən kiçik uşağı olub. Patrisanın ailəsi onu qaradərili kişi ilə evləndiyinə görə rədd edib.

Valideynləri Meray çox kiçik olanda boşanıb.Vaxtının çox hissəsini evdə tək keçirən Meray üç yaşında oxumağa başlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər