11 Fevral 2021 19:13
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tik-Tok" sosial şəbəkəsi bu yay keçiriləcək AVRO-2020-nin qlobal sponsoru olub.

Teleqraf.com xəbər verir ki, ilk dəfə beynəlxalq turnir rəqəmsal platforma tərəfindən maliyyələşdiriləcək.

Şirkət UEFA ilə əməkdaşlıq müddətində azarkeşlərin oyunlara marağını və yaradıcılıqlarını ifadə edə bilmələri üçün müsbət mühit təmin etməyi hədəfləyir. Futbol həvəskarları Avropa çempionatı ərzində özəl anlarını və qələbə sevinclərini paylayaşa biləcəklər.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


Müəllif: Teleqraf.com