8 Mart 2021 08:45
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amazon” şirkətinin banisi Ceff Bezosun keçmiş arvadı, planetin ən zəngin qadını Makkenzi Skott məktəb müəlliminə ərə gedib.

Teleqraf.com xəbər verir ki, əlli yaşlı milyarder qadın özəl orta məktəbdə təbiət elmlərin tədrisi ilə məşğul olan müəllim Den Cuettlə yeni ailə həyatı qurmağa qərar verib. Toy mərasimi kütləvi olmayıb.

Eyni zamanda, cütlük sərvətlərinin əhəmiyyətli bir hissəsini başqalarına xidmət etmək üçün köçürməyə razı olublar. Əlbəttə, bu, Skotta aiddir, çünki onun ikinci həyat yoldaşının iri kapitalı yoxdur.

“Daily Mail” isə qeyd edir ki, Bezos özü keçmiş arvadının nikahı haqqında xəbərə sevinib və Cuetti "əla oğlan" adlandırıb.

Qeyd edək ki, Makkenzi Skottun sərvəti 68 milyard ABŞ dollarıdır.


Müəllif: Teleqraf.com