Danimarka dünyada ilk dəfə olaraq elektrik enerjisi ilə işləyən təkmühərrikli, Sloveniya istehsalı olan “Pipistrel Velis Electro” təyyarəsini Hərbi Hava Qüvvələrinə qəbul edən ilk ölkə oacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iki nəfərlik heyət üçün nəzərdə tutulmuş təyyarə 2021-ci ilin payızında “Green Aerolease” Fransa şirkəti tərəfindən Danimarkaya çatdırılacaq.
Təyyarələr iki illik sınaq müddəti keçməlidir.
“Pipistrel Velis Electro”nun iqlim təhlükəsizliyi baxımından əlverişli olduğu bildirilib.
Eyni zamanda yaratdığı səs-küy səviyyəsi son dərəcə aşağıdır - 60 dB-dən çox deyil ki, bu da öz növbəsində heyət nəfərləri arasındakı söhbətin həcminə uyğundur.