9 Oktyabr 2021 09:05
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada əvvəllər görülməmiş qəribə canlı tapılıb.

Teleqraf.com xəbər verir ki, suda yaşayan canlının adı hələ məlum deyil, amma qan əmdiyi müəyyən edilib.

Dünyada ilk dəfə görülən canlı Yaponiyanın Hokkaydo adalarındakı Rausu qəsəbəsi yaxınlığında balıqçılar tərəfindən kəşf edilib. Hələ adı qoyulmayan canlı qanla qidalanır. Öz rəngini də əmdiyi qandan aldığı bildirilib.

Canlının xərçəngkimilər aid olduğu deyilib. 800-1200 metr dərinlikdə aşkar edilib. Görənlərin iştahını açan bu xərçəngə bənzər canlı əslində qaniçən parazitdir. Bu kimi parazitlər adətən digər dəniz canlılarının belində və ya daxili orqanlarında yaşayır.

Mütəxəssislər cəmi üç santimetr uzunluğunda olan xərçəngkimilər növünün özündən böyük dəniz canlılarının üstündə asanlıqla gizlənə biləcəyini söyləyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu