13 Noyabr 2021 09:16
7 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın həvəskar xəzinə axtarışçısı indiyə qədər tapılan ən böyük xəzinələrdən birinə yetişib. Qızılların müsadirə edilib-edilmədiyi hələlik məlum deyil.

Teleqraf.com xəbər verir ki, metal detektordan istifadə edən şəxs indiyə qədər aşkar edilmiş ən böyük anqlo-sakson sikkə xəzinəsini üzə çıxarıb.

131 qızıl sikkə və digər 4 qızıl əşyadan ibarət olan xəzinə 6 ildə tam toplanıb.

2016-2020-ci illər arasında detektoru ilə xəzinənin böyük hissəsini üzə çıxaran həvəskar xəzinə ovçusu adının açıqlanmasını istəməyərək tapdıqlarını Britaniya Muzeyinə təhvil verib. Sikkələrin tərkibində 85-95 faiz qızıl olduğu bildirilib.

Eramızdan əvvəl 600-cü illərdə hələ bilinməyən səbəblərdən basdırılmış xəzinə İngiltərənin Qərbi Norfolk şəhərində tapılıb. Təhlükəsizlik baxımından tapıntıların dəqiq yeri açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər