18 Aprel 2022 17:15
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdəki Notr-Dam katedralından tapılan XIV əsrə aid olduğu düşünülən sarkofaqın (daş tabut) açılacağı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, fransız arxeoloqları 2019-cu ildə yanğın nəticəsində zərər görən Notr-Dam kilsəsinin bərpa işləri zamanı tapılan qurğuşun sarkofaqın sirlərini üzə çıxarmaq üçün açılacağını bidiriblər.

Hazırda təhlükəsiz yerdə olan sarkofaq yaxın vaxtlarda Tuluza şəhərindəki Məhkəmə Tibb İnstitutuna göndəriləcək.

Bundan əvvəl endoskopik kamera ilə sarkofaqın içinə baxan elm adamları indi bunun sahibinin cinsini, o zamankı sağlamlıq durumunu və sosial vəziyyətini müəyyən etməyə çalışacaqlar.

Dəfnin yeri və forması sözügedən şəxsin o dövrün görkəmli simalarından ola biləcəyini göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu