24 Sentyabr 2022 08:20
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız aktyor Alen Delon Ukrayna prezidenti Vladimir Zelenskiyə normal gəzə bildiyi zaman Kiyevə gələcəyinə söz verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktyor bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Mən normal yeriyə bildiyim zaman gələcəm. Bu o qədər də uzaq deyil, çünki səfərə dəyər və mən qorxmuram” dedi.

Qeyd edək ki, Delon 2019-cu ildə 86 yaşlı insult keçirib.

Bir müddət əvvəl amerikalı aktrisa Cessika Çesteyn, həmçinin Ancelina Coli və Şon Penn Kiyevə səfər etmişdi.


Müəllif: Teleqraf.com