14 Oktyabr 2022 08:44
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı iş adamı İlon Mask "Twitter" şirkəti ilə razılaşmasına görə federal istintaq altındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məhkəmə sənədinə istinadən bildirib.

"İlon Mask hazırda "Twitter"in alınması ilə bağlı davranışına görə federal araşdırma altındadır", - deyə şirkətin nümayəndələri bildirib.

Öz növbəsində, "Reuters" agentliyi qeyd edib ki, "Twitter" şirkəti bir neçə ay əvvəl İ.Maskın vəkillərinə sahibkarın federal hakimiyyət orqanları ilə yazışmalarının təqdim edilməsi barədə xahiş edərək sorğu göndərib, lakin yazışmalar təqdim edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər