13 Sentyabr 2023 16:53
3 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Senatında insan olmadığı iddia edilən iki varlığın qalıqları nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, ufoloq Haym Mossan tərəfindən təqdim edilən “cəsədlər”in yadplanetlilərin 1000 illik qalıqları olduğu iddia edilir.

“Bu nümunələr Yerdəki təkamülə aid deyil. Bunlar UFO qəzasından sonra tapılan varlıqlar da deyil. Bunlar diatom (yosun) mədənlərində tapılıb, orada fosilləşiblər”, - ufoloq deyib.

Mossan bildirib ki, nümunələr Meksika Universiteti (UNAM) tərəfindən uzun müddət analiz edilib.

“İctimaiyyət qeyri-insani texnologiyalar və varlıqlar haqda bilmək hüququna malikdir. Bizi ayıran yox, insanlığı birləşdirən bir məsələdən danışırıq. Geniş kainatda tək deyilik, bu həqiqəti qəbul etməliyik”, - mütəxəssis vurğulayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş pilotu leytenant Rayan Qreyvs və Harvard Universitetinin professoru Avi Loeb də Meksika Senatındakı tədbirə qatılıb.

İyul ayında ABŞ Konqresində çıxış edən UFO araşdırmaçısı Devid Çarlz Qruş Ağ Evin yadplanetlilərə dair sübutları gizlətdiyini iddia etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər