Giqantopitek 2 milyon il əvvəl Cənub-Şərqi Asiyada yaşayıb, boyu 3 metr, çəkisi 200-300 kq olub. Bu, Yer kürəsində indiyə qədər yaşamış ən böyük primat idi, amma insanların uzaq "qohumunun" nə üçün və nə vaxt məhv olması sirr olaraq qalır. Bununla belə, tədqiqatçılar iddia edirlər ki, bu nəhəng meymunlar qida çatışmazlığının və ya pis yemək seçimlərinin qurbanı olublar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nature” nəşri yazır.
Əvvəlki tədqiqatlar göstərir ki, giqantopiteklərin əhatə dairəsi təxminən 330 000 il əvvəl ciddi şəkildə azalıb. Amma onların nə vaxt məhv olduqları dəqiq bilinmədiyi üçün nəsil kəsilmənin səbəbini müəyyən etmək çətindir.
Tədqiqatın həmmüəllifi Makkuar Universitetindən (Avstraliya) Kira Vestavey deyir:
“Açıq çəmənliklərdə yaşaya bilmədikləri üçün məhv olmalarının səbəbi kimi meşələrin deqradasiyası düşünülürdü, amma araşdırmalarımız göstərir ki, bu, təxminən 200 000 il əvvəl giqantopiteklərin artıq nəsli kəsildiyi vaxt baş verib”.
Onun sözlərinə görə, primatlar daha çox meyvə əvəzinə yarpaq və çiçəklərlə qidalanıb. Bununla belə, daha az hərəkətli olan və yem axtarmağa qadir olan nəhənglər başqa bir yol da tutublar.
“Yaşamağın açarı ehtiyat qida idi. Giqantlar qeyri-qidalı ehtiyat qida seçmişdilər - qabıq və budaqlar kimi çoxlifli şeyləri yeyirdilər. Sadəcə uyğunlaşa bilmədilər”, - Vestvey vurğulayıb.
Tədqiqatda iştirak etməyən Tübingen Universitetinin professoru Erve Boxerens giqantların ölümü ilə bağlı başqa bir məqama diqqət çəkib. Professor giqantların sıx meşələrin məhvindən sonra “pəhriz”ə məcburən savannalarda ot yeməyə başladıqlarını, bunun da məhvə gətirib çıxardığını bildirib.