2 Fevral 11:28
2 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

2000 ildən çox əvvəl öz nizam-intizamı və qüdrəti ilə tanınan Roma İmperiyasının legionları Almaniyanın Bramşe bölgəsi yaxınlığında - Reynin şərqindəki sıx meşələrdə gözlənilməz məğlubiyyətə uğradı.

Teleqraf.com xəbər verir ki, tarixə Tevtoburq meşəsi döyüşü kimi daxil olan bu hadisə Roma İmperiyasının taleyində silinməz iz buraxdı.

Tarixçi Korneli Tasit amansız döyüşün getdiyi meydanla bağlı ətrafa səpələnmiş sümüklər, silahlar və kabusları xatırladan ağaclara mıxlanmış insan başlarından yazırdı.

Məğlubiyyət eramızın 9-cu ilində olmuşdu, bu, Romanın Almaniyada genişlənməsi prosesinin sonundan xəbər verirdi. 15 000 nəfərə yaxın üç legionun qalıqları döyüş meydanına səpələnmişdi. Bu tarixi yer Aşağı Saksoniyada yerləşən Kalkrisedir. Vaxtilə sıx meşə olan muzey və parkda çoxlu arxeoloji tapıntılar var. Muzey direktoru Stefan Burmeyster deyir ki, ərazidə hələ də döyüşdə həlak olanlardan qalan kimyəvi izlərə rast gəlinir.

2018-ci ildə burada heyrətamiz bir tapıntı üzə çıxdı: son dərəcə yaxşı qorunmuş Roma zirehi. Muzeyin yaxınlığında kəşf edilən zireh gözlənilməz tapıntı olub. Bu unikal Roma mirası digər arxeoloji tapıntılarla birlikdə Britaniya Muzeyinin “Legion” sərgisində nümayiş etdiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər