29 Mart 23:25
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın York Universitetinin tədqiqatçıları Yerin dərin qatlarında eramızın ilk əsrlərinə aid kiçik plastik fraqmentləri tapıblar.

Teleqraf.com xəbər verir ki, elm adamları mikroplastiklərin torpaqda ilk dəfə görünməsinin I-II əsrlərə təsadüf etdiyini deyirlər.

Tədqiqatçılar bunun gözlənilən bir şey olduğunu iddia edirlər. Əvvəlki araşdırmalar zamanı əl dəyməmiş arxeoloji çöküntü hesab edilən şeyin əslində plastik qalıntı olduğu üzə çıxıb. Bura 1980-ci illərin sonlarında nümunələri götürülmüş və qorunmuş qalıntılar da daxildir. Elm adamları qeyd edirlər ki, bundan əvvəl yalnız okeanlar və çaylarda qədim mikroplastiklərə rast gəlinib.

“Mikroplastiklər torpağın kimyəvi tərkibini dəyişə bilər və dəyişir, bunlar potensial olaraq üzvi qalıqların parçalanmasına səbəb olacaq elementləri təqdim edəcəklər. Belə olarsa, arxeoloji tapıntıların mühafizəsi təhlükə altında ola bilər”, - York Universitetinin tədqiqatçısı Con Şofild deyib.

Elm adamları bundan əvvəl Uranda həyatı tapmağa kömək edə biləcək infraqırmızı parıltı aşkarlayıblar. Bunlar Yer kürəsində “Şimal işıqları” kimi tanınır. Uranın da öz “Şimal işıqları var”, amma bunlar planetdəki fərqli atmosferə görə eyni formada görünmür.


Müəllif: Mənsur Rəğbətoğlu