9 Sentyabr 23:54
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple" şirkəti "AirPods" simsiz qulaqlıq seriyasını yeniləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

"Apple" qeyd edib ki, yeni dizayn sayəsində qulaqlıqlar əvvəlki modellərə nisbətən qulaqda daha yaxşı oturur. Cihaz H2 çipinə və təkmilləşdirilmiş səs keyfiyyətinə malikdir.

Bildirilir ki, qadcet bir neçə səs mənbəyinə eyni vaxtda qoşulma funksiyasını dəstəkləyir. "AirPods 4" "AirPods Pro 2" kimi USB-C ilə təchiz olunub. Qulaqlıqların sukeçirməz olduğu bildirilir.

Qeyd edək ki, yeni qulaqlıqların qiyməti 129 dollardan başlayır.


Müəllif: Arzu

Oxşar xəbərlər