Rəhim Hüseynov: “Avropa Oyunları beynəlxalq münasibətlərimizə faydalı olacaq”
“Mənim 79 yaşım var. Bu yaşda namizədlik vermək, parlamentə gedib işlə məşğul olmaq doğru deyil. Ozüm bunu adamı ələ salmaq hesab edirəm. Bu yaşımda mən bildiyim və keçdiyim həyat yolu ilə haradasa rəhbər şəxslərə məsləhətçi ola bilərəm. Ancaq özüm gedib rəhbər işdə oturum, deputat olum məsələsi düz deyil. Mən 80 yaşında deputat olmaq istəyənlərə, vəzifədə olmaq istəyənlərə qarşı narazı olmuşam. Cünki bu yaşda deputat, nazir olmaq doğru deyil. Bu vəzifələrdə elə adam olmalıdır ki, 5-10 il işləyə bilsin. 80 yaşında rəhbər olmaqla insan özünə nəsə edə bilər, ölkə üçün bir şey edə bilməz”.
Bunu qəzetimizə müsahibəsində sabiq baş nazir Rəhim Hüseynov bildirib. Müsahibəni təqdim edirik:
- Rəhim müəllim, I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında nə düşünürsünüz?
- I Avropa Oyunlarının Bakıda keçirilməsi müsbət haldır. Bu, dünyanın Azərbaycanı daha yaxından tanınması üçün yaxşı fürsətdir. Əgər yarışı yüksək səviyyədə təşkil etsək, bura gələn dövlətlər bundan razı qalsa, sözsüz ki, bu, Azərbaycanın beynəlxalq münasibətlərini bərkitmək üçün faydalı olacaq.
- Bu Oyunlara, sadəcə, idman yarışı kimi baxmaq lazımdır, yoxsa bunun başqa tərəfləri də var?
- Birincisi, buna idman yarışı kimi baxmaq lazımdır. Ikincisi, bu, həm də mədəni bir tədbirdir, dünyada sülhün yaranmasına, millətləri bir-birinə yaxınlaşdırmağa kömək edir. Ancaq təbii ki, başqa tərəfləri də var. Məsələn, nəzərə alın ki, Bakıya çoxlu sayda turistlər gələcək. Yəni, turizmin inkişafına səbəb olacaq. Ancaq biz buna daha çox beynəlxalq idman yarışı kimi baxmalıyıq. Hesab edirəm ki, bunun siyasi tərəfinə baxmaq lazım deyil. Bizim idmançılarımız da başqa ölkələrə gedir, yarışlarda iştirak edirlər. Burada siyasi bir məsələ olmamalıdır. Indi də belə mühüm tədbir Azərbaycanda keçiriləcək. Təbii ki, bu yarışın Bakıda təşkil olunması dövlətimizin razılığı ilə olur. Mənə elə gəlir ki, Azərbaycan bu məsələdə iqtisadi cəhətdən də qazanacaq. Bu yarış Azərbaycanı dünyaya tanıdacaq.
- Bakıda beynəlxalq idman və mədəni tədbirlərin təşkil edilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə pozitiv təsir göstərə bilərmi?
- Bu haqda müxtəlif fikirlər səsləndirilir. Ancaq mən bu məsələləri bir-birinə qarışdırmıram. Hesab edirəm ki, bunu siyasətə qatmaq olmaz. Əlbəttə, bura turistlər gələcək, xalqımız, dövlətimizlə maraqlanacaqlar. Həm də nəzərə alın ki, Bakıya gələn turistlər pullu insanlardır. Gəlib idmana baxacaq, həm də Azərbaycanı gəzəcək, tanış olacaqlar. Bunun özü müsbət haldır. Həm də yarışlar elə tarixdə keçirilir ki, ölkəmizdə hava da gözəl olacaq, onlar da təbiətimizi, mədəniyyətimizi görəcəklər.
- Bu yarışları təşkil etmək üçün müəyyən qədər maliyyə xərclənib. Siz iqtisadçı olaraq bu sahəyə qoyulan yatırımı nə dərəcədə rentabelli hesab edirsiniz?
- Əgər belə mühüm idman tədbiri Bakıya salınıbsa, təbii ki, Azərbaycan da bunun üçün tələb olunan idman standartlarını həll etməlidir. Bunun üçün idman zalları, kompleksləri gözəl olmalıdır. Yəni, bu, anlaşılan məsələdir. Həm də nəzərə almaq lazımdır ki, idman yarışları olduqca bu pullar geri qayıdacaq. Bu mənada, infrastrukturun tikilməsinə müsbət yanaşmaq lazımdır.
- Bu yarışların Azərbaycanda keçirilməsini həzm etməyən qüvvələr anti-Azərbaycan kampaniyası aparır. Buna münasibətiniz necədir?
- Mən bu işlə məşğul olmadığım üçün konkret məlumatım yoxdur. Ona görə bir söz deyə bilmərəm. Ancaq belə hallar varsa, çox pisdir. Bu yarışlar Bakıya salınıb və keçiriləcək.
- Uzun müddətdir mətbuatda görünmürsünüz. Ictimai fəaliyyətlə məşğulsunuzmu?
- Bildiyiniz kimi, mən sülh səfiriyəm və bu istiqamətdə də fəaliyyətimi davam etdirirəm. Umumdünya Sülh Federasiyasının üzvüyəm. Bir aydan sonra məni Seula dəvət ediblər. Orada ümumdünya sammiti olacaq, sülh məsələlərini müzakirə edəcəklər. Məni keçmiş baş nazir kimi hər zaman bu konfransa dəvət edirlər, bütün xərclərimi çəkirlər. Hətta təyyarə biletimin elektron variantını da göndəriblər. Mən də bu imkanlardan istifadə edərək ancaq Dağlıq Qarabağ, işğal edilən torpaqlarımız məsələsini qaldırıram. Mənim təmsil olunduğum Umumdünya Sülh Federasiyası həm də BMT-nin üzvüdür. Yəni federasiyanın BMT-də çıxış etmək imkanı var. Indiyə qədər 8-9 dəfə BMT-də çıxış etmişəm, Qarabağ məsələsini qaldırmışam. Bu dəfə tədbir Seulda olacaq. Calışıram Umumdünya Sülh Federasiyasının Bakıda da tədbirləri olsun. Arada Bakıda tədbirlərimiz olur. Hazırkı tədbirlərimiz avqustun əvvəli Seulda, sonra isə Nyu-Yorkda keçiriləcək.
- Siz Azərbaycandan ora tək gedirsiniz, yoxsa başqa şəxslər də olur?
- Məndən başqa şəxsləri də dəvət edirlər. Bizim ölkəmizdə 300-dən çox sülh səfiri fəaliyyət göstərir. Onları dəvət edəndə yol xərclərini özləri ödəyirlər. Bizim sülh səfirlərimiz arasında hökumət nümayəndələri, deputatlar, nazirlər, ictimai xadimlər və alimlər də var.
- Bir müddət əvvəl sizinlə əlaqəli bir kitab ciddi mübahisəyə səbəb olmuşdu. Sabiq baş nazir Pənah Hüseyn də buna sərt reaksiya vermişdi...
- Əvvəla, deyim ki, mənim kitabım çıxmayıb. Sadəcə olaraq, mənim haqqımda kitab çıxıb. Ozü də bu kitab mənim 65 yaşım olanda nəşr edilib. Indi isə mənim 79 yaşım var.
- Niyə bu kitab ciddi müzakirəyə, rezonansa səbəb oldu?
- Kimsə kitabda olan bir fikri götürüb yayıb. Mən də həmin şəxsi tapıb etirazımı bildirdim. Bununla da məsələ bitdi. Bütün bunlar mənim xəbərim olmadan baş vermişdi.
- Ancaq Pənah Hüseyn bu yazılanlara reaksiya verdi, fikirlərini bildirdi...
- Bildirsin. Mən onu ciddi qəbul etmirəm və ciddi də yanaşmıram. Onlar bir bəhanə axtarırlar ki, Rəhim Hüseynova sataşsınlar.
- Niyə?
- Cünki zamanında mən onu biabır eləmişəm ki, səndən baş nazir olmaz.
- Səxsən mən Pənah Hüseynə sual verdim, o da cavab verdi ki, sizinlə münasibətləri yaxşı olmayıb...
- Bax, Pənah Hüseyn bunu düz deyir. Birinci dəfədir düz danışır. Mən Əbülfəz Elçibəyin kabinetində açıq demişəm ki, bundan baş nazir olmaz, qarpız satandır. Əlbəttə, zarafatla demişəm. Hamısı da gülüb. Isa Qəmbər və digərləri də orada olub.
- Niyə onlarla sizinki tutmur, səbəb nədir?
- Cünki o, düz hərəkətlər etmirdi. Mən hökumət xadimi olmuşam, əsasən iqtisadi sahə ilə məşğul olmuşam. Onun isə iqtisadi sahədən başı çıxmırdı. Bu səbəbdən problem yaranırdı.
- Dünyada böhran yaşanır, neftin qiyməti aşağı düşür. Mütəxəssis olaraq bu durumu necə qiymətləndirirsiniz?
- Yəqin ki, neft məsələsini nəzərdə tutursunuz. Dolların qiyməti qalxır. Təbii ki, Azərbaycan xaricə neft satır. Indi qiymət aşağı düşüb və bu ucuz qiymətlər bizə sərfəli deyil. Nefti əvvəlki qiymətlə satanda ölkəyə daha çox pul daxil olurdu. Neftin qiyməti tədricən düzələcək. Dünya bazarında neftin qiyməti mütləq qalxmalıdır. Əks təqdirdə böhran davam edəcək.
- 2015-ci il Azərbaycanda kənd təsərrüfatı ili elan edilib. Bu sahəni qaldırmaq mümkündürmü?
- Əlbəttə, olar. Kənd təsərrüfatı ilə məşğul olmaq, bu sahəni mütləq qaldırmaq lazımdır. Bizdə imkanlar və resurslar var. Rayonlarımızın hərəsi bir kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Mütləq qaldırmaq lazımdır. Heyvandarlığı da inkişaf etdirmək lazımdır. Bu sahələr irəli aparmaq olar.
- Sizinlə bağlı maraqlı faktlar da var. Deyirlər ki, ata Buşun yanında Fransa prezidenti Mitteranı tənqid etmisiniz...
- Bunlar keçmiş hadisələrdir. Bəli, keçmiş hadisələr çox olub. Bir dəfə fransızlar erməniləri dəstəkləyirdi, mən də onları biabır elədim. Amerika prezidenti ilə də, Mitteranla da, Jak Sirakla da görüşmüşdüm. Mitteranı biabır etmişdim. Jak Siraka da dedim ki, erməniləri dəstəkləyirsən, sənin ermənilərlə əlaqən var, çünki Ermənistanda Sirak-Leninakan futbol komandası var, deyəsən, sənin adına veriblər. Bunu deyəndə ətrafımızda olan çoxlu insan da gülmüşdü. Həmin vaxt Amerika prezidenti ata Buş idi. Yeri gəlmişkən, ata Buşla indi də görüşürəm. Hazırda cənab Buş da sülh səfiridir. Məndən 9 yaş böyükdür. Ancaq son vaxtlar bir az düşüb. Mənim 79, onun isə 89 yaşı var. Indi əvvəlki kimi bütün tədbirlərə qatılmır.
- Qarşıdan parlament seçkiləri gəlir, siz də nüfuzlu insansınız. Namizədliyinizi irəli sürmək haqqında düşünürsünüz?
- Mənim 79 yaşım var. Bu yaşda namizədlik vermək, parlamentə gedib işlə məşğul olmaq doğru deyil. Ozüm bunu adamı ələ salmaq hesab edirəm. Bu yaşımda mən bildiyim və keçdiyim həyat yolu ilə haradasa rəhbər şəxslərə məsləhətçi ola bilərəm. Ancaq özüm gedib rəhbər işdə oturum, deputat olum məsələsi düz deyil. Mən 80 yaşında deputat olmaq istəyənlərə, vəzifədə olmaq istəyənlərə qarşı narazı olmuşam. Cünki bu yaşda deputat, nazir olmaq doğru deyil. Bu vəzifələrdə elə adam olmalıdır ki, 5-10 il işləyə bilsin. 80 yaşında rəhbər olmaqla insan özünə nəsə edə bilər, ölkə üçün bir şey edə bilməz.
Cavidan