Proqramın yaradıcı heyətindən olan Mətanət Babayevanın Teleqraf.com-a verdiyi xəbərə görə, artıq 6 aydır “Xəzər” TV-də yayımlanan əyləncəli və maarifləndirici “2x2” proqramı dünən Nizami Kino Mərkəzində “Hesabat” adlı qala-filmini təqdim edib.
Bir çox dövlət qurumları ilə əməkdaşlıq edən bu veriliş sayəsində indiyə qədər 200-dən çox gənc işlə təmin olunub.
Proqramın layihə rəhbəri və aparıcısı Firuzə Cəlilovadır. Digər aparıcı Həmid Mahmudov, redaktoru isə Mətanət Babayevadır.