30 Avqust 2017 19:05
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi oktyabrın 20-dən 28-dək Bakıda “Baku Jazz Festival 2017” Beynəlxalq Caz Festivalı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, festivalın yeddinci günü rejissor Frensis Ford Koppolanın “Klub Kotton” filminin nümayiş etdirilməsi ilə başlayacaq.

Elə həmin gün saat 19:00-da caz musiqisi həvəskarları İsveçrənin “Mats-up” qrupunun çıxışından həzz alacaqlar.

Trubaçalan Matiass Spilmanın rəhbərlik etdiyi caz kollektivinin elementləri ilə kamera ansamblının geniş səs diapazonunu özündə birləşdirən bu qrup indiyə qədər 200-dən çox canlı konsert verib.

Kollektivə Spilmandan başqa Reto Suner (saksofon), Mark Min (fortepiano), Dominik Eqli (zərb alətləri) və Rafael Bossat (bas) daxildir.


Müəllif: Könül