8 Oktyabr 2018 09:01
3 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə özünə doğum günü edən “Pişik” Genel Ələkbərova Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Ad günün necə keçdi?

- Yaxşı.

- Ad günündə ən özəl hədiyyən nə oldu?

- Mənim üçün hədiyyələrin hər biri özəldir. Hədiyyənin balacası, böyüyü olmaz. Mənim üçün əsas diqqətdir. Müğənni Natavan Həbibinin mənə xüsusi bir gül hədiyyəsi oldu. Ad günümə ən böyük gülü Natavan göndərmişdi.

- Məhərrəmlik ayında doğum gün etdiyinə görə, bir çoxları səni qınadı.

- Əslində mınim doğum günüm sentyabrın 25-də olub. Amma həmin tarixdə isə imamın 7-si çıxmamışdı. Ona görə də həmin ərəfədə etmədim. Elələri var ki, konsertlər verir, onlar heç qınanmır. Amma mən sentyabrın 30-da etdiyimə görə qınandım. İnsanın əməli saleh olsun. Hamısı sosial şəbəkədə dindar olub. Onlar televizora baxmır? Musiqi dinləmir? Yoxsa hamısı qara çadraya bürünüb? Bir də ki, bu mənim şəxsi işimdir. Günah edirəmsə, Allahın qarşısında özüm cavab verəcəm.

- Sosial şəbəkədə sənə ünvanlanan tənqidlərə, təhqirlərə dərhal cavab yazırsan. Sonuncu dəfə də bir izləyicin səni ölümlə hədələmişdi. Sonu nə oldu?

- Həmin adam barəsində polisə şikayət etmişdim. Bu işə 29-cu bölmədə baxırdılar. Bir neçə gün öncə həmin adamı polislər saxlamışdı. Və məni də həmin bölməyə çağırdılar. İndi o, qanun qarşısında cavab verəcək. Bundan sonra da kim mənim barəmdə nəsə təhqiramiz söz desə, şəxsiyyətindən, kimliyindən aşlı olmayaraq, cavab verməli olacaq. Mən tənqidlərə açıq insanam. Amma kimsə mənim şərəf və ləyaqətimə toxunsa, o insanı əzib keçərəm.

- Şou-biznesdə ailə mövzusu müzakirəyə gələn zaman adın 2-3-cü sıralarda səslənir. Səbəb nədir?

- Bir ailə, bir də plastik əməliyyat mövzusunda adım çox hallanır. Mənə görə heç kim narahat olmasın. Həyatımda hər şey yaxşıdır.

- Şərhlərin əksəriyyətində “Günel ailə dağıdıb” şərhi yazılıb...

- Yazsınlar da... Onların mərifəti ora qədərdi. Bu əslində belə deyil. Mən ailə dağıtmamışam. Bu barədə dəfələrlə demişəm. Kimsə kimisə illərlə yanında saxlaya bilər? Güclə gözəllik olmaz. Övladımın atası çox gözəl atadır. O, ilk evliliyindən olan övladları ilə mənim övladım arasında heç bir fərq qoymur. Üç uşağın təhsili, tərbiyəsi ilə özü maraqlanır. Ona görə də burdan o ağzıgöyçəklərə demək istəyirəm ki, düşündüyünüz kimi deyil. Heç kim uşağını atmayıb, bilib-bilmədən danışmasınlar. Mənim şəxsi həyatıma kimsə müdaxilə etsə, qanun qarşısında cavab verəcək.

- Günel neçə plastik əməliyyat keçirib?

- Əslində özünü təpədən dırnağa qədər yenidən yığdıran müğənnilərimiz var. Amma onların adı bu mövzularda hallanmır. Amma mənim adım bu mövzuda birincidir. Onlara da pis baxmıram. Gələcəkdə ehtiyac olsa, edəcəm. Bəziləri var ki, əməliyyat etdirir, amma adamın üzünə durur ki, etdirməmişəm. Burnumda və dodağımda əməliyyatım olub. Dodaq kiçiltmə əməliyyatı çox çətindir. İki dəfə dodağımda əməliyyat olub, bir dəfə də etdirəcəm.

- Plastik əməliyyat etdirən kişi müğənnilərə münasibətin?

Bir insan səhnədədirsə, daim formada görsənməlidir. Kişidirsə, yaraşıqlı görsənməlidir. Qəşəng yox. Bunlar ayrı-ayrı şeylərdi. Amma bizdə bəzi kişi müğənnilərimiz çalışırlar ki, qəşəng görsənsinlər. Mən belə şeyləri qəbul etmirəm. Qəşəng xanım olar, kişi yox.

- Onda sualımı belə verim, səhnədə olan kişi müğənni hansı əməliyyatları keçirə bilər?

- Kişi müğənnidir deyə yaxşı görünmək üçün səhnəyə sırğa taxıb çıxası deyil ki... O demək deyil ki, sən müğənnisən, sənə hər şey olar. Müğənni olsaq da, biz də insanıq, bizə də olar, olmazlar var. Mən yaxşı baxmıram. Nə olsun ki, müğənnidir. Kişidir. Ona normal baxa bilərəm ki, burununda problem var, onu düzəltdirə bilər, saç əkdirə bilər. Digər şeylərə mən yaxşı baxmıram. Amma üzü botoks etdirmək, dartdırmaq, mən bunu kişiyə yaraşdırmıram. Kişi kişi olmalıdır. Meymundan bir az fərqlənsə, bəs edər.

- Hesab etmirsən ki, bu açıqlaman qalmaqala səbəb olar?

- Siz soruşdunuz, mən də dedim. İndi müğənnidir deyə gedib üzünü dartdırası, dodağına gel etdirəsi deyil ki? Bu mənim şəxsi fikrimdir. Kiməsə ünvanlı nəsə demirəm. Heç kimin də bostanına daş atmaq fikrim yoxdur. Təsəvvür edin ki, mənim qohumumda kişilərdən kimsə üzünə botoks etdirir, mən bunu qəbul etmərəm. İndi kimsə deyə bilər ki, geridə qalmısan. Amma normal olmayan şeylərdi bunlar. Ayıbdır. Elələrinə mən kişi kimi baxmıram. İndi söz deyirsən, cavab olaraq deyirlər ki, kiminsə kişiliyimizə şübhəsi varsa... Bütün bunlar primitiv şeylərdi. O qədər elələri var ki, 3-5 uşağı da var. Üzünü dartdırıb, dodağına gel etdirəndən sonra necə deyə bilərsən ki, kişi müğənnisiyəm?

- H azırda Aygün Kazımovanın, yoxsa Röya Ayxanın mahnısını daha çox dinləyirlər?

- İnsanlar hansı mahnını sevir, ona da qulaq asır. Onun üçün fərq etmir, bunu Aygün oxudu, yoxsa Röya. Düşünürəm ki, son dövrlər bu iki ifaçıdan çox dinləyiciləri olan insanlar var. Bu günkü gündə Damlanın, Pərviz Bülbülənin mahnıları daha çox dinlənilir. Bu da normaldır. Mən kiməsə deyə bilərəm ki, zorla mahnıma qulaq as. İndi handa özündən deyən müğənni konsert eləsin, ya zal boş qalır, ya da qohumları ilə salonu doldurur. Amma fakt budur ki, Damlanın konsertində çox adam olur. İnsanlar bunu sevir. Bəzən çıxıb onu tənqid edirlər.

- Müğənniliklə yanaşı başqa biznes qurmaq fikrin varmı?

- Fikrim var. Amma onu tam hazır olandan sonra deyə bilərəm.

- Son günlərin ən çox müzakirə olunan mövzusu, əməkdar artist Tünzalə Əliyevanın səhhəti üçün deyil, evinin ipotekası üçün pul istəməsi olub. Hətta Türkiyədə evlilik verilişinə çıxan Naz Mila “Toppuş bacı”nı bu addımına görə ələ salıb...

- Elə adamlar var ki, onların fikrinə əhəmiyyət vermək düzgün deyil. Elə adam var ki, özü üçün danışır da. Bu cür insanlar hər yerdə var. Düzgün bir iş deyil. Bu həyatdır, hər kəsin başına gələ bilər. Tutaq ki, mən indi qripəm, kimsə mənə söz atır. Xəstə insan həssas olur. Söz atmaq düzgün deyil. İnsanda bir az da olsa, vicdan olar. Bir də ki, mən o xanımın dediklərinə nəsə desəm, ona düşmür. Elələrinin fikrini boş versinlər. Mətbuatda da günah var, o cür insanların fikrini yazmayın.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər