25 Noyabr 2018 18:14
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev Uşaq Avroviziya 2018 yarışmasında Azərbaycanı təmsil edən Fidan Hüseynovaya dəstək üçün çağırış edib.

Teleqraf.com xəbər verir ki, müğənni onlayn səsvermənin bugün saat 19:00-a qədər sona çatacağını deyib.

"Ölkəmizin də yer aldığı yarışmada, səsvermənin qaydalarına əsasən, öz ölkəmizə də səs verə bilərik. Necə? Saat 19:00-a qədər www.junioreurovision.tv saytında olan səsverməyə daxil olursunuz; İlk başda ölkəmiz, Fidan Hüseynova olmaqla, azı 3, maksimum isə 5 ölkə seçirsiniz, və səsverməni tamamlayırsınız; Səsvermə 25 noyabr saat 19:00-da sona çatacaq və bu gün finalda son iştirakçının ifasından sonra 15 dəqiqə müddətində yenidən aktivləşdirəcək. Siz bu 15 dəqiqədə yenidən ölkəmizə səs verə biləcəksiniz".

Sənətçinin sözlərinə görə, bu səslər uğurun yarısı deməkdir: "Ölkəmizə dəstək olmaq və yaxşı pillədə qərarlaşdırmaq öz əlimizdədir".

Qeyd edək ki, daha öncə Xalq artisti Emin Ağalarov da Fidan Hüseynova üçün səs istəmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər