21 Dekabr 2019 21:02
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 21-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr edilmiş “Həqq məndədir” adlı solo konserti olub.

Konsertdə Əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlı çıxış ediblər. Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənib, şairin qəzəlləri oxunub.

Tədbirdə, həmçinin Sevinc Ağasıyevanın ifasında musiqisi tanınmış kamança ustası Mark Eliyahuya, sözləri Nəsimiyə aid olan “Etməgil” mahnısının klipi də təqdim olunub.


Müəllif: Mənbə/Azərtac