8 Mart 2020 08:19
2 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın əksər ölkələrində bütün idman və mədəniyyət tədbirləri ləğv edilib. Rotterdamda keçiriləcək “Eurovision 2020” mahnı müsabiqəsi ilə bağlı isə hələlik yekun qərar verilməyib.

Müsabiqəyə ev sahibliyi edəcək ölkənin müvafiq qurumları Beynəlxalq Səhiyyə Təşkilatı ilə razılıq əsasında lazımi tədbirlərin görüldüyünü bildirib.

Avropa Yayım Birliyi (EBU) isə müsabiqə ilə bağlı hər hansı qərar vermək üçün hələ tez olduğunu açıqlayıb: “Avropada vəziyyəti yaxından izləyərək, qərar qəbul ediləcək”. Ancaq müsabiqənin təxirə salınmaması məqsədi ilə artıq bir neçə plan da hazırlanıb. Belə ki, müsabiqənın keçirilməsinə dair B planına əsasən, müsabiqə online, ancaq qapalı keçirilə bilər. Yəni ictimaiyyətin iştirakı olmadan, hər bir müğənni mahnısını ölkəsindən online şəkildə səsləndirəcək.

EBU-nun Cenevrədə yerləşən baş qərargahında isə bir nəfər koronavirusa yoluxub. Bununla bağlı təşkilat martın 13-dək bütün səfərlərlə bağlı əməkdaşlarına qadağa qoyub.

Qeyd edək ki, “Eurovision 2020” mahnı müsabiqəsinin yarım-finallarının mayın 12-də və 14-də, final konsertinin isə mayın 16-da keçirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər