30 May 2023 13:24
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Rusiya sərhədində yerləşən və bu ilin martın 17-də açılan "Xanoba" sərhəd-buraxılış məntəqəsinin gün ərzində 550 yük, 1 000 minik maşını və 30 ədəd avtobusun yoxlanıb buraxılması üçün imkan var.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Cəfər Quluzadə jurnalistlər üçün təşkil olunmuş mediatur zamanı bildirib.

Onun sözlərinə görə, gömrük məntəqəsində 13 hərəkət zolağı salınıb: "Bu zolaqlardan biri VİP zolağıdır, ikisi avtobuslar üçün nəzərdə tutulur. Digər 4 zolaq minik avtomobillərin, altısı isə yük maşınlarının keçidi üçün nəzərdə tutulub. Bundan başqa yük maşınlarının alt hissəsini çəkmək üçün xüsusi kameralar quraşdırılıb. Bununla yanaşı sürücülər nəqliyyat vasitəsini tərk etmədən pasport yoxlanışından keçə bilər".

Cəfər Quluzadə qeyd edib ki, hazırda digər gömrük sərhəd-buraxılış məntəqələrinin yenilənməsi üzrə də tədbirlər görülür, Gürcüstanla isə yeni gömrük məntəqəsinin hazırlanması ilə bağlı iş aparılır.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər