Növbədənkənar prezident seçkiləri ilə əlaqədər idarə heyətinin tədbirlər planının işlənməsi yekunlaşmaq üzrədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq:
“Uzun illərdir hər kəs deyirdi ki, Qarabağı kim azad etsə o, bizim əbədi prezidentimiz olacaq. Düşünürəm ki, İlham Əliyev 20 illik fəaliyyəti və işğal olunmuş əraziləri azad etməklə bu titulu daşımağı qazanıb”.