"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”na aşağıdakı məzmunda hissələr əlavə edilsin:
- AZTV
- Mədəniyyət TV
- İdman TV
- Azərbaycan Radiosu
- Azərbaycan Beynəlxalq Radiosu.