15:33
221
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürü Arzusu" partiyasını tərk etməyim barədə yayılan məlumat absurddur.

Teleqraf.com xəbər verir ki, bunu partiyanın sədri İrakli Qaribaşvili “Rustavi 2” telekanalına açıqlamasında deyib.
O, partiya sədri kimi fəaliyyətini davam etdirdiyini bildirib.

İ.Qaribaşvili çoxsaylı travmalarla klinikaya yerləşdirilməsi barədə yayılan məlumatları da təkzib edib və deyib ki, məşq zamanı çiynini zədələdiyindən tibb müəssisəsində müayinədən keçib.

Partiya sədri qeyd edib ki, son günlər barəsində yayılan böhtan və həqiqətə uyğun olmayan məlumatlar ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdür.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər