1 Oktyabr 2020 16:29
4 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirən Ermənistan ordusu bölgədə çalışan jurnalistləri də hədəf alır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Döyüşlərin başladığı ilk gündə – sentyabrın 27-də “Andolu” və TRT əməkdaşlarının çəkiliş apardığı mülki məskunlaşma ərazilərinə Erməni ordusunun atəş açmasından bəri bir çox jurnalistin həyati təhlükəli vəziyyətdən xilas olub.

Son beş gündə fərqli bölgələrə hücumlarda “ARB”, “Xəzər”, “İctimai”, “Space”, “ATV”, “Baku” televiziyaları, “Azərtac”, “Turan” agentlikləri və digər media qurumlarının əməkdaşları erməni ordusunun atəşlərinə məruz qalıb.

Bəzi məqamlarda son anda xilas olmağı bacaran jurnalistlər ağır şərtlər altında işləməyə davam edirlər.

Agentliyin cəbhə bölgəsindən çəkdiyi videogörüntünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu