15 Oktyabr 2020 15:52
2 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda sülhməramlıların və ya müşahidəçilərin yerləşdirilməsi yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı xarici işlər naziri Sergey Lavrovun bu addımın zəruriliyi barədə fikirlərini şərh edərkən deyib.

Kreml rəsmisi bildirib ki, bu məsələdə ilkin sual münaqişə tərəflərinin buna necə baxmasıdır:

"İstənilən sülhməramlıların, müşahidəçilərin və ya digər şəxslərin yerləşdirilməsi ilə bağlı istənilən məsələ yalnız tərəflərin razılığı ilə mümkündür. Azərbaycan və Ermənistan bununla bağlı hələlik hər hansı cavab verməyib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər